Şriftin ölçüsü :

Saytın rəngi :

26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü münasibətilə təntənəli bayram tədbiri keçirildi.

26 iyun 2019 | 16:00

Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü münasibətilə iyunun 26-da “N” saylı hərbi hissədə təntənəli bayram tədbiri keçirildi. Bayram tədbirində şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, mətbuat və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər.
   Qonaqları və şəhər ictimaiyyət nümayəndələrini salamlayan hərbi hissənin komandiri polkovnik-leytenant Cərulla Ağayev Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü münasibətilə hərbi hissədə xidmət edən əsgər və zabitlərə bayram təbriklərini çatdırdı.
   Tədbirdə iştirak edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin inkişafında, təkmilləşdirilməsində xüsusi xidmətləri olan ulu öndər Heydər Əliyevin fəaliyyətindən bəhs etdi. Bildirdi ki, müasir Azərbaycan ordusu hazırda dünyanın ən güclü, ən müasir texniki vasitələrlə təchiz olunmuş silahlı qüvvələrindən biridir. Bu ondan irəli gəlir ki, Azərbaycan dövləti və onun prezidenti möhtərəm İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. Müharibə şəraitində formalaşan ordumuzun hərtərəfli inkişafı üçün bütün imkanları yaradır. Bunun nəticəsidir ki, Azərbaycan ordusu 2016-cı ilin Aprel döyüşlərində, 2017-ci ildə Naxçıvan hadisələrində öz şücayətini nümayiş etdirdi. Zəfər dolu qələbələrlə xalqımızı sevindirdi. Sübhə yoxdur ki, bu uğurlar davam etdiriləcək. Şəhər rəhbəri İlham İsmayılov Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü münasibətilə “N” saylı hərbi hissənin əsgər və zabitlərini, eləcə də bütün Azərbaycan xalqını ürəkdən təbrik etdi və səmimi arzularını bildirdi.

  Sonra hərbi xidmətdə olan əsgər və zabitlərə şəhər İcra Hakimiyyəti başçısının qiymətli hədiyyələri təqdim olundu.

 

Keçidlər