Son zəng
Hər il olduğu kimi bu ildə şəhərin orta məktəblərindən məzun olan şagirdlər son zəng gününü qeyd edirlər.
Mingəçevir şəhər şəhid Ruslan Muradov adına 11 saylı tam orta məktəbdə keçirilən son zəng mərasiminə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramiz Əliyev, şəhər Təhsil şöbəsinin müdiri Sahib Məmədov, 11 saylı məktəbin direktoru Günəş Nəsibova və valideyinlər qatılmışlar. İlk öncə tədbirə dövlət bayrağı gətirildikdən sonra məktəbin direktoru Günəş Nəsibova çıxış edərək məzunlara uğurlar arzuladı. Daha sonra şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək 2012-2013-cü tədris ilinin bitməsi münasibətilə bütün məzunları təbrik edərək qeyd etdi ki, bu gündən Azərbaycanın neçə-neçə gənci müstəqil vətəndaş olaraq həyata qədəm qoyur. Başçı gənclərin univerisitetləri bitirib bacarıqlı kadr kimi yetişməsini, ölkə və xalq üçün layiqli övlad olacaqlarını arzuladı.
Tədbirdə şəhərdə keçirilən inşa yazı müsabiqələrində fərqlənən şagirdlərə sertifikatlar təqdim edilmişdir. Daha sonra məzunlar şən musiqi sədaları altında oxudular, oynadılar və birlikdə ”məktəb ömrmüzün son anı” dayan.... 11 il gör necə tez başa çatdı” söylədilər. Sonda son zəng haray çəkdi.