Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr Beynəlxalq Müəllim Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təhsil işçiləri ilə görüşüb.

05 oktyabr 2026 | 18:34

Tədbir öncəsi torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Əziz gün münasibəti ilə müəllimləri ürəkdən təbrik edən İlham İsmayılov xoş arzularını çatdırıb, pedaqoji fəaliyyətində hər bir müəllimə uğurlar diləyib. Hakimiyyətinin hər iki dövründə ulu öndər Heydər Əliyevin təhsilə, müəllimlərə göstərdiyi diqqət və qayğıdan danışıb. Bu diqqətin cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayaraq bildirib ki, ölkəmizdə müasir təhsil ocaqlarının, universitetlərin inşa olunması, yeniliklərin tətbiq edilməsi bu qayğının təzahürüdür. Azərbaycan müəllimi hər zaman savadlı, bilikli gənclər yetişdirib və xüsusən vətənpərvər nəsil tərbiyə ediblər, hansı ki, onlar Azərbaycana böyük qələbəni qazandırdılar, Zəfəri bəxş elədilər. Bayramınız mübarək, əziz müəllimlər. Çıxış edən MDU-nun rektoru Anar Eminov Mingəçevir Dövlət Universitetinin Azərbaycan universitetləri sırasında 6- yeri qazanmasını müəllim əməyinin bəhrəsi olduğunu bildirərək təbriklərini çatdırıb. Mingəçevir təhsil sektorunun müdiri Rüstəm Aslanov şərəfli peşə sahiblərinə uğurlar arzulayıb. Veteran təhsil işçisi Validə Əlizadə, müəllimə Fəxriyyə Əlizadə, media nümayəndəsi Fərman Nəbiyev müəllimləri təbrik edərək uğurlar arzulayıblar. Sonda bir qrup müəllimə şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyə təqdim olunub, xatirə şəkli çəkdirilib.

Keçidlər