Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində Dövlət qulluqçuları Peşə bayramlarını qeyd etdilər.

22 iyun 2019 | 16:00

Hər il olduğu kimi bu il də Dövlət qulluqçuları öz peşə bayramlarını təntənəli sürətdə qeyd etdilər. Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında təşkil olunan tədbirə şəhərimizdə çalışan dövlət qulluqçuları dəvət olunmuşdular. Tədbirə başlamazdan əvvəl Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun rəhbərliyi ilə dövlət qulluqçuları Heydər Əliyev mərkəzinin önündə ucaldılmış ulu öndərin abidəsi önünə gül dəstələri qoydular.

   Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, ulu öndər Heydər Əliyevin Dövlət qulluqçularının peşə bayramlarının yaranmasında və bu sahənin inkişaf etdirilməsində xüsusi xidmətləri var. O, eyni zamanda bildirdi ki, müstəqillik dövründə dövlət qulluqçularının fəaliyyəti xüsusilə diqqəti cəlb edir və onun daha da təkmilləşdirilməsi ilə əlaqədar möhtərəm prezidentimiz İlham Əliyevin həyata keçirdiyi qətiyyətli tədbirlər müstəsna rol oynayır. Şəhər rəhbəri İlham İsmayılov dövlət qulluqçularına səmimi təbriklərini çatdırmış, hər kəsə xoşbəxtlik və səadət arzulamışdır.
   Dövlət qulluqçularının peşə bayramlarına həsr olunmuş tədbirdə dövlət qulluqçularından Emil İsmayılov, Şəlalə Sadəddinova, Kamal Nəcəfov, Bayram Mustafa, Telman Həsənov  və başqaları çıxış edərək öz həmkarlarını peşə bayramları münasibətilə təbrik etmişlər.

Keçidlər