Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə işçiləri peşə bayramlarını qeyd etdilər.

18 iyun 2019 | 16:00

İyunun 18-də Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə səhiyyə işçiləri peşə bayramlarını qeyd etdilər. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri iştirak edirdilər.
   Tədbiri aparan şəhər Mərkəzi Xəstəxanası Həmkarlar İttifaqı sədri Allahverdi Alıyev ilk öncə qonaqları salamladı, səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik etdi. Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov Mingəçevirdə İcbari Tibbi sığortanın tətbiqindən sonra səhiyyə sistemində əldə olunan nailiyyətlərdən bəhs etdi. Mingəçevir səhiyyəsində uzun illər əhalinin arzuladığı ən mürəkkəb tibbi müayinələrin və cərrahiyyə əməliyyatların uğurla həyata keçirildiyini dilə gətirdi.
   Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək ölkə səhiyyəsinin inkişafında möhtərəm prezidentimizin İlham Əliyevin və birinci vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışdı. Mingəçevirdə səhiyyənin uğurla inkişaf etdirilməsini mingəçevirlilərə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirdi. Peşə bayramları müasibətilə tibb işçilərinə ən xoş, səmimi arzularını çatdırdı. Tibb işçilərindən bir qrupuna şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı təqdim olundu. Tədbir şən musiqi sədaları ilə davam etdirildi.

Keçidlər