Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun 19 iyundakı növbəti səyyar görüşü 3 saylı ümumi orta təhsil məktəbinin iclas zalında keçirildi. D.Əliyeva, M.Vəli.Vidadi, S.Vurğun küçələrinin, şəhər ictimaiyyəti nümayəndələrinin, idarə, müəssisə rəhbərlərinin və KİV təmsilçilərinin qatıldıqları səyyar görüşü giriş sözüylə açan İlham İsmayılov keçirilən səyyar görüşlərin ölkə prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən keçirildiyini, əhalini narahat edən problemlərin öyrənilib həll edilməsi və şəhər sakinlərinin təkliflərinin nəzərdən keçirilməsi baxımından bu cür tədbirlərin həm şəhər rəhbərliyi, həm də sakinlər üçün önəmli olduğunu bildirdi.
Görüşdə sakinlər onları narahat edən problemlərindən-məhəllələrin işıqlandırılması, mənzillərin istilik sistemi ilə təmin edilməsi, ağacların suvarılması, uşaqların əylənməsi üçün qurğuların quraşdırılması, dənizə gedən yolda kanalizasiya xəttininin bərpası, xeyir-şər evinin təmir olunması, şəhid bulağının tikilməsinin və içməli su ilə təmin edilməsindən söz açdılar.
Sonda şəhər rəsmisi İlham İsmayılov deyilən hər bir səmərəli təklifin nəzərə alınacağını, problemlərin mərhələ-mərhələ həll ediləcəyini əminlik hissiylə söyləyib, qaldırılan məsələlərin həll edilməsi üçün aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərlərinə tapşırıqlar verdi.