Şriftin ölçüsü :

Saytın rəngi :

YAP şəhər təşkilatında elmi-nəzəri konfrans keçirildi.

14 iyun 2019 | 16:00

İyunun 14-də ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına həsr olunmuş Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı birgə elmi-nəzəri konfrans keçirmişdir. YAP şəhər təşkilatının akt zalında keçirilən konfransı şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə yenidən qayıdışı ilə bağlı fikirlərini açıqlamışdır. Qeyd olunmuşdur ki, o dövr elə bir dövr idi ki, Azərbaycanda hakimiyyətsizlik, xaos, anarxiya, böhran hökm sürürdü. Əhali arasında vətəndaş müharibəsi  təhlükəsi yaranmışdı. Xalqın təkidli tələbi ilə ulu öndər yenidən hakimiyyətə gəldikdən sonra bütün bunlara son qoyuldu, ümummilli liderin uzaqgörən siyasəti Azərbaycanı parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan qurtardı. Məhz buna görə də Azərbaycanda 15 iyun Qurtuluş Günü kimi qeyd olunur.
   Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, Mingəçevir Turizm Kollecinin müəllimi Aygül Rəhimova, 16 nömrəli məktəbin tarix müəllimi, YAP şəhər təşkilatı idarə heyətinin üzvü Ramiz Kərimov, MDU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin tyutoru, YAP şəhər təşkilatı gənclər birliyi idarə heyətinin üzvü Aytac Cavadova ümummilli liderə həsr olunmuş müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər.

Keçidlər