Milli Qurtuluş Günü münasibətiylə tədbir keçirildi.
İyun ayının 12-də Gənclər evində 15 iyun - Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun da iştirak etdiyi tədbirə ali və orta ixtisas məktəblərində oxuyan ən fəal tələbələr, ayrı-ayrı müəssisə və təşkilatları təmsil edən gənclər qatılmışdılar. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli yığıncağı giriş sözü ilə açıb, “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda çıxış etdi.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov xalqımızın və müstəqil respublikamızın taleyində mühüm mərhələ olan Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və iyirmi altı il qabaq müstəqillik yollarında ilk addımlarını atan respublikamızın o vaxtkı səriştəsiz ölkə rəhbərliyinin günahı ucbatından məhv olmaq həddinə gətirildiyini vurğuladı və belə ağır bir ərəfədə xalqın istəyi ilə yenidən hakimiyyətə gələn ulu öndərimizin tarixi xidmətlərindən söz açdı. Ümummilli liderimizin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gördüyü çoxsaylı önəmli işləri də diqqətə çatdıran şəhər rəsmisi, gənclərin ulu öndərimizin siyasi irsindən yararlanmaqla, sabahın ən fəal qurucuları olacaqlarını da əminlik hissi ilə bildiriib, tədbir iştirakçılarını və bütün Mingəçevir gənclərini Milli Qurtuluş günü münasibətilə təbrik etdi və hamıya uğurlar arzuladı.