Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.
Mingəçevir şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə səyyar görüşü bu dəfə 10 nömrəli orta məktəbin akt zalında oldu. Şəhərin A.Qurbani, R.Rza, İ.İslamzadə, Ü.Hacıbəyov və M.Maqamayev küçələrinin sakinlərini salamlayan şəhər rəhbəri ölkə prezidentinin tapşırığına əsasən hər həftə keçirilən bu cür görüşlərin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, cari ilin əvvəlindən dövlətimizin başçısı İlham Əliyevin əhalinin sosial rifah halının yaxşılaşdırılması məqsədi ilə imzaladığı sərəncamlara əsasən minimum əmək haqları, sosial müavinətlər artırılmış, yeni iş yerləri açılmışdır.
Çıxış edən sakinlər yaşadıqları küçələrdə mövcud olan problemlərdən - A.Qurbani küçəsinin abadlaşdırılması, çoxmənzilli yaşayış binalarının istilik sisteminin bərpası, işıqlandırma sisteminin olmaması, sahibsiz itlərin olması, bəzi məhəllələrdə səkilərin olmaması, qurumuş ağacların budanması, yaşıllıq zolaqlarının suvarılması, çoxmənzilli binaların dəhlizlərinin əsaslı təmirə ehtiyacı olduğunu bəhs etdilər.
Sonda şəhər rəhbəri İlham İsmayılov şəhərimizdə abadlıq quruculuq işlərinin davamlı olaraq aparılacağını və qaldırılan hər bir problemin həllini tapacağını bildirdi.