Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan İlahiyyat İnstitunun rəhbərliyi Mingəçevirdə olmuşdur.

07 iyun 2019 | 16:00

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Azərbaycan İlahiyyat  İnstitunun rəhbərliyi  Mingəçevirdə olmuşdur.  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildirmiş, sonra Heydər Əliyev  Mərkəzində yaradılmış sərgi ilə tanış olmuşlar.

   Tədbirin ikinci hissəsi Mingəçevir Gənclər Evində davam etmişdir.  Şəhərin dini icma nümayəndələrinin və orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbiri açan şəhər İcra Hakimiyyəti başçısı aparatının  İctimai Siyasi və Humanitar məsələlər  şöbəsi müdirinin müavini, Dini Qurumlarla İşin təşkilatçısı Sahib Əliyev dünya arenasında özünəməxsus yeri olan Azərbaycanda mövcud olan dövlət və din münasibətlərindən danışmışdır. Azərbaycan İlahiyyat İnstututunun rektoru Ceyhun Məmmədov bildirdi ki, 2018-ci ilin 9 fevralında ölkə prezidenti İlham Əliyevin Sərəncamı ilə fəaliyyətə başlayan İnstitut əvvəllər bir fakültə kimi Bakı Dövlət Universitetində  mövcud olub. İnstitutun  əsas missiyası ali təhsilin bütün səviyyələri üzrə dini fəaliyyətin təşkili sahəsində dərin dini və dünyəvi biliklərə, yüksək intellektə, zəngin dünyagörüşünə malik kadr hazırlığını aparmaq, ali və əlavə təhsil proqramlarını həyata keçirmək, tətbiqi elmi tədqiqatlara rəvac verilməsi istiqamətində fəaliyyət göstərməkdir.

Keçidlər