Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

04 iyun 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü iyunun 4-də Günəşli yaşayış massivində yerləşən 20 nömrəli tam orta məktəbdə təşkil edilmişdir.
  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri salamladıqdan sonra ölkəmizdə və şəhərimizdə aparılan əməli işlər haqqında və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamları ilə həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlərdən bəhs etdi. Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərinin sürətlə getdiyini dilə gətirən icra başçısı bunun bilavasitə möhtərəm prezidentimizin tapşırığına uyğun həyata keçirildiyini bildirdi.

 Sonra sakinlər çıxış edərək möhtərəm prezidentimizin həyata keçirdiyi tədbirlərdən razılıqlarını bildirdilər, şəhərimizdə aparılan abadlıq-quruculuq işlərinə görə şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda qarşılaşdıqları bir sıra problemlərdən: Günəşli yaşayış massivində yerləşən 20 saylı tam orta məktəbin əsaslı təmirə, məktəb ətrafında karaul şəhərciyinin yaradılmasına və məktəbə əlavə korpusların tikilməsinə ehtiyac olduğunu, qəsəbədə su-kanalizasiya sisteminin yararsız vəziyyətdə olması, ağacların vaxtlı-vaxtında sulanması, küçələrin asfaltlanması, telefon-rabitə xidmətlərinin yarıtmaz təşkili, 8 saylı marşrut avtobuslarının qəsəbə daxili hərəkətinin düzgün nizamlanmaması, əhalinin rahatlığı üçün qəsəbədə uşaq bağçasının tikintisi kimi məsələlərdən söz açdılar.

 Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşdə iştirak edən müəssisə, təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdikdən sonra sakinləri əmin etdi ki, qarşıya çıxan problemlər tezliklə öz həllini tapacaq, qəsəbədə insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün bütün tədbirlər görüləcək.

Keçidlər