Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Mingəçevir şəhər təşkilatının VIII konfransı

24 may 2013 | 15:00

23 may 2013-cü ildə YAP Mingəçevir şəhər təşkilatının VIII konfransı keçirilib. Konfrans nümayəndələri və qonaqlar öncə Heydər Əliyevin abidəsini ziyarət ediblər. Konfransda Milli Məclisin deputatı A.Mirzəzadə, YAP Mərkəzi Aparatının məsul işçisi A.Xudadanov, ərazi ilk partiya təşkilatlarından seçilmiş 248 nəfər iştirak edib.
Dövlət himni səsləndirildikdən sonra YAP ŞT-nın sədri C.Yusubov ötən dövr ərzində görülən işlərdən, uğurlardan və nailiyyətlərdən danışıb. Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, abadlıq və quruculuqla, gələcəkdə əhalinin işlə təmin edilməsi, daha yaxşı yaşaması üçün görüləcək işlərlə bağlı ətraflı məlumat verib. Konfransın sonunda YAP-ın V qurultayına nümayəndələr seçilib.

Keçidlər