Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açıldı.

31 may 2019 | 16:00

Mayın 31-də “Zümrüd” şadlıq sarayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açıldı. Heydər Əliyev Fondunun Prezidenti Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi sosial yönümlü tədbirlər uğurla davam etdirilir. Belə tədbirlərdən biri də şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına, çernobl əlillərinə, müharibə və əmək veteranlarına, imtiyazlı ailələrə, ümumi səbəbdən əlillərə iftar süfrələrinin açılmasıdır. Şəhərimizdə təşkil olunan iftar süfrəsində məhz belə kateqoriyadan olan sakinlər iştirak edirdilər. İftar süfrəsi zamanı müqəddəs Ramazan bayramı münasibətilə dualar oxundu, Allahdan xalqımıza firavanlıq arzulandı.

Keçidlər