Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

29 may 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü Günəş küçəsindəki X.Şuşinski adına mədəniyyət evində oldu. Görüşü giriş sözü ilə açan şəhər rəhbəri ölkə prezidenti İlham Əliyevin  tapşırığına əsasən keçirilən səyyar görüşlərin  sakinlərin problem və çətinliklərini, fikir və təkliflərini öyrənmək məqsədi daşıdığını bildirdi. Məhz ölkə prezidentinin  imzaladığı sərəncamlarla  regionlarda həyata keçirilən  iqtisadi inkişaf proqramı çərçivəsində Mingəçevirdə  ardıcıl layihələrin reallaşdığını və davam etdirildiyini bildirdi.

   Çıxış edən sakinlər onları narahat edən məsələlərdən: əkin sahələrinin suvarılması zamanı qarşılaşdıqları  çətinliklərdən, işıqlanma sisteminin olmamasından, işsizlik  problemindən,  sosial yardım  verilişindəki nöqsanlardan, ərazidə tikintisi yarımçıq qalan uşaq bağçası-körpələr evinin   tikilməsinin vacibliyindən söz açdılar.

   Sonda şəhər rəhbəri qaldırılan problemlərin həll edilməsi üçün aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər