Şriftin ölçüsü :

Saytın rəngi :

Gül bayramı qeyd edilib

11 may 2013 | 15:00

“Sahil” parkında Heydər Əliyevin ənənəvi Gül bayramı qeyd edilib. Bayram münasibəti ilə park boyunca orta məktəblərin, liseylərin əl işlərindən ibarət sərgi təşkil edilib. Güllərdən hörülmüş müxtəlif əl işləri, rəngarəng kompazisiyalarla park başdan başa bəzədilib. Milli geyimdə olan balacalar sərgiyə xüsusi rəng qatıb. Tədbirə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,  hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimayyət nümayəndələri və mingəçevirlilər qatılıblar. Əl işləri ilə tanış olan şəhər İcra başçısı Niyazi Bayramov sərgi ilə yaxından tanış olub. Elektron kitabxananın sərgilədiyi kitablar, ulu öndərin güllərdən bəzədilmiş portretləri öz füsunkarlığı ilə seçilib. Azərbaycanın tarixi abidələrini, milli dəyərlərini, incəsənətini əks etdirən əl işləri də tədbirdə sərgilənib.
Mingəçevirin tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçirilən konsert proqramı bayrama daha rəngarənglik qatıb.

Keçidlər