Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

22 may 2019 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü mayın 22-də Sağ sahil yaşayış massivindəki Koroğlu 23,25, Mehdi Hüseyn 12 və Nəcəf Bəy Vəzirov küçələrindəki 16 nömrəli yaşayış binalarının qarşısındakı ərazidə keçirildi.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşdə iştirak edən sakinləri salamlayaraq ölkə rəhbəri tərəfindən həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlərdən, şəhərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs etdi. Bildirdi ki, hazırda şəhərin Sağ və Sol sahillərindəki məhəllələrdə, Energetiklər qəsəbəsində və digər məhəllələrdə böyük quruculuq işləri həyata keçirilir. Sakinlərin arzusuna uyğun olaraq binaların dam örtüklərinin yenilənməsi ilə yanaşı, fasadları, giriş dəhlizləri, qapı və pəncərələri yenilənir. Ağacların vaxtlı-vaxtında sulanması üçün yeni su xətləri çəkilir. Məqsədimiz şəhərdə daha müasir formalardan istifadə etməklə insanların tələbatını ödəməyə çalışmaqdır.

   Görüşdə istirak edən sakinlərdən Baxış Baxışov, Almaz Cəfərova, Loğman Cəbrayılov, Nüşabə Hacıyeva, Durna Əliyeva, Adil Namazov, Elvin İsmayılov, Ballı Məmmədova, Nadir Xəlilov, Firuzə Muradova, Əntiqə İbrahimova və başqaları şəhərdə aparılan abadlıq və quruculuq işlərindən razılıqlarını qeyd etməklə yanaşı qarşıya çıxan bir sıra problemlərdən də bəhs etdilər. Xüsusilə, istilik sisteminin bərpası, ağacların vaxtlı-vaxtında sulanması, məhəllə daxili ərazinin asfaltlanması, yeni ağacların əkilməsi, binaların zirzəmilərinin antisanitariya vəziyyətindən çıxarılması, məhəllənin işıqlandırılması, o cümlədən yaşadıqları əraziyə yaxın olan 15 saylı uşaq bağçası körpələr evinin əsaslı təmir olunması, fiziki cəhətdən ömrünü başa vurmuş ağacların kəsilməsi və ya budanması məsələlərini qaldırdılar.

   Sonda şəhər İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərə münasibətini bildirməklə yanaşı görüşdə iştirak edən müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinə konkret tapşırıq və tövsiyyələrini verdi, sakinləri əmin etdi ki, bu istiqamətdə əməli işlər görüləcək və sakinləri narahat edən problemlər vaxtında aradan qaldırılacaq.

Keçidlər