Şriftin ölçüsü :

Saytın rəngi :

Avropa İttifaqına üzv ölkələrin nümayəndə heyəti ilə görüş keçirildi.

21 may 2019 | 16:00

Mayın 21-də Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında Avropa İttifaqına üzv ölkələrin nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə Avropa İttifaqına üzv ölkələrin nümayəndə heyəti ilə yanaşı Respublika Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və mətbuat işçiləri də iştirak edirdilər. Şərq Tərəfdaşlığının 10-cu ildönümünə həsr olunmuş Avropa günlərinin şəhərimizdə qeyd olunmasına həsr olunmuş görüşü Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq qonaqları salamladı, görüşün təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi. Qeyd etdi ki, 2008-ci ildə Avropa İttifaqına üzv olan ölkələrin Brüssel görüşündə şərq tərəfdaşlığı təşəbbüsü irəli sürülüb. 7 may 2009-cu il tarixdə Praqada Şərq Tərəfdaşlığı üzrə Zirvə görüşü keçirilib. Bu görüşdə Şərq Tərəfdaşlığı sahəsində əsas məqsədlər və prinsiplər, həmçinin gələcək əməkdaşlıq barədə birgə Bəyannamə qəbul edilib.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Şərq tərəfdaşlığının 10-cu ildönümünə həsr olunmuş Avropa Günlərinin Mingəçevir şəhərində keçirilməsi proqramının çox zəngin olduğunu və bu proqramın müvəffəqiyyətlə keçiriləcəyini bildirdi.
   Görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas çıxış edərək şəhərə gəldikləri ilk andan onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, məhz Avropa İttifaqının xətti ilə Mingəçevirə bu qədər nümayəndə heyəti gəlmişdir. Şərq tərəfdaşlığı layihəsinə uyğun olaraq Mingəçevirə 14 layihənin nümayişi təşkil olunacaqdır. Bu lahiyələr şəhərin inkişafı və insanların həyat səviyyələrinin yaxşılaşdırılmasına xidmət edir. Nümayəndə heyətinin rəhbəri onu da əlavə etdi ki, Avropa İttifaqı hər vasitə ilə qaldırılan təşəbbüslərə dəstək durmağa hazırdır.
Görüşdə bir sıra maraqlı məsələlər qaldırıldı, şəhərimizlə bağlı sorğular verildi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov verilən sorğulara cavab olaraq qonaqlara Mingəçevir haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, Mingəçevirdə xarici investorların fəaliyyəti üçün hər cür şərait mövcuddur. 
   Görüşdən xatirə olaraq qonaqlara Mingəçevirlə bağlı hədiyyələr təqdim olundu. Sonda xatirə şəkilləri çəkildi.
   Həmin gün Avropa İttifaqının nümayəndələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında oldular və icbari tibbi sığortanın (İTS) pilot layihə şəklində tətbiq edildiyi tibb müəssisəsinin fəaliyyəti və Aİ-nin maliyyələşdirdiyi “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvininq layihəsinin nəticələri ilə tanış oldular.

 Daha sonra şəhərin Səməd Vurğun meydanında Avropa günlərinə həsr olunmuş sərgi və konsert keçirildi.

 Avropa günlərinə həsr olunan tədbirlər mayın 22-də yekunlaşacaq.

Keçidlər