Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.
May ayının 14-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyar görüşünü Nizami küçəsindəki 6, 6a, 8 saylı və Nərimanov küçəsindəki 34,36 saylı yaşayış binalarının sakinləri ilə 1 saylı tam orta məktəbdə keçirdi. İcra Hakimiyyətinin başçısı ölkə prezidentinin rəhbərliyi ilə ölkədə aparılan işlərdən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərdən və şəhərdə ölkə başçısının tapşırığı əsasında həyata keçirilən işlər barədə məlumat verdi.
Görüşdə vətəndaşlar istilik sisteminin olmaması, kanalizasiya sisteminin yenilənməsi və məhəllələrdə ağacların suvarılması, yaşayış binalarına və eyvanlara təhlükə törədən ağacların budanması barədə təkliflərlə çıxış etdilər. Şəhər rəhbəri problemlərlə tanış olduqdan sonra aidiyyatı üzrə məsələləri həll etmək üçün idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verdi.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov da iştirak etmişdir.