Şriftin ölçüsü :

Saytın rəngi :

“2019-cu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr"ə həsr olunmuş geniş şura iclası keçirildi.

14 may 2019 | 16:00

May ayının 14-də Mingəçevir şəhərində “2019-cu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr"ə həsr olunmuş geniş şura iclası keçirilmişdir.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aprel ayının 30-da  Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər  Kabinetinin 2019-cu ilin  I rübünün  sosial-iqtisadi inkişafının  yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş iclasında ölkə başçısının giriş və yekun nitqində  yerli icra hakimiyyətlərinə verilən tövsiyyə və tapşırıqlar barədə məlumat verdi və  Mingəçevir şəhərində 2019-cu ilin I rübündə görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş hesabatla çıxış etdi. Sonda  iclas müzakirə olunan məsələyə dair müvafiq qərar qəbul etdi.
   İclasda Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov iştirak və çıxış etdi.

Keçidlər