Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyar görüşünü Yadigar Mənsurov küçəsindəki 9,11,13,15 saylı və Naxçıvan küçəsindəki 42 saylı yaşayış binalarını əhatə edən ərazidə keçirdi. Görüşdə şəhər rəhbəri bildirdi ki, keçirilən görüşlərin məqsədi İlham Əliyevin tapşırıqlarına əsasən, əhalinin yaşayış tərzini yüksəltmək və sakinləri narahat edən problemlərin aradan qaldırılmasına nail olmaqdır. Şəhər başçısı qeyd etdi ki, möhtərəm prezidentimiz ölkə əhalisinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə imzaladığı Sərəncamlar sayəsində minimum əmək haqqı və pensiyalar, tələbələrin təqaüdləri, məcburi köçkünlərə verilən aylıq müavinətlər hiss olunacaq dərəcədə artmış, şəhid ailələrinə şamil edilən sosial sığortanın verilməsi və promlemli bank kreditləri ilə bağlı məsələlər öz həllini tapmışdır. Bu günkü görüşümüzün də məqsədi sizi düşündürən məsələləri müəyyən etmək, o cümlədən davamlı olaraq şəhərimizdə aparılan abadlıq-quruculuq işlərində təkliflərinizi nəzərə almaqdır.
Sakinlər yaşıllıqların qorunması, yeni əkilən ağacların suvarılması, kanalizasiya xətlərinin nasazlığı, məhəllədə olan xeyir-şər mağarının qaz, işıq və su probleminin olması kimi problemlərinin olduğunu bildirdilər.
Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələlərin həlli üçün idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verdi.