Mingəçevirdə Qələbə abidəsinin önündə tədbir keçirildi.
09 may 2019 | 16:00
9 May Qələbə Günü münasibəti ilə Mingəçevirdə Qələbə abidəsinin önündə tədbir keçirildi. İlk öncə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək və müharibə veteranları, ictimaiyyət nümayəndələri Qələbə abidəsi önünə gül-çiçək dəstələri qoydular.
Sonra “N” saylı hərbi hissənin əsgərləri, məktəblilər, hərbi paraddan keçdilər.
Qələbə meydanında ucaldılmış 8 guşəli ulduz və aypara tədbir işrirakçılarının böyük marağına səbəb oldu.