Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir.

07 may 2019 | 16:00

Mayın 7-də Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər  təşkilatı ilə birgə elmi-nəzəri konfrans keçirilmişdir. Konfrans başlamazdan əvvəl Heydər Əliyev mərkəzinin foyesində ulu öndərə həsr olunmuş şəhər məktəblərinin rəsm əsərlərindən ibarət sərgi nümayiş olunmuşdur. Tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar. Sonra Heydər Əliyev mərkəzinin konfrans zalında ulu öndərin həyat və yaradıcılığından bəhs olunmuş qısa film nümayiş olunmuşdur.

  Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etmişdir ki, may ayının 10-u müasir Azərbaycan dövlətinin formalaşdırılmasında müstəsna xidmətləri olan ümummilli lider  Heydər Əliyevin anadan olduğu gündür.
      O, qeyd etmişdir ki, hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyevin rəhbərliyi və bilavasitə  təşkilatçılığı ilə ölkəmizdə geniş tikinti, quruculuq və abadlıq işləri həyata keçirilərək Azərbaycan inkişaf etmiş bir respublikaya çevrilmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yaranmışdır. Azərbaycanda müstəqil dövlət quruculuğu  prosesi başlanmış, Milli Ordu formalaşdırılmış, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmışdır. Aparılan düzgün və qətiyyətli siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılmış, möhkəmləndirilmiş və əbədiləşdirilmişdir.
   Sonra YAP Mingəçevir şəhər Təşkilatının sədri Cavanşir Yusubov, MDU-nun dosenti, texnika üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, Mingəçevir Turizm kollecinin müəllimi Aybəniz Əliyeva, YAP Şəhər Təşkilatı Gənclər Birliyi idarə heyətinin üzvü Sevinc Bayramova məruzə ilə çıxış etdilər.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov konfransın işinə yekun vuraraq bildirdi ki, bu gün biz müstəqil Azərbaycan dövlətinin yaradılması və inkişafında mühüm xidmətləri olan Ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən çıxışlarla tanış olduq. Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan bu gün onun xəttinin qətiyyətli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Hər bir Azərbaycan vətəndaşı tam əmindir ki, bugün əldə edilən uğurlar gələcəkdə də davam edəcək, müstəqil Azərbaycan daha böyük nailiyyətlərə imza atacaqdır.

Keçidlər