Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.

01 may 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü 1 saylı Mənzil İstismar Sahəsinin yerləşdiyi ərazidə-Nəriman Nərimanov, Xəzər Əliyev və 20 Yanvar küçələrindəki mənzillərdə yaşayan sakinlərlərin iştirakı ilə düzənləndi.
   Sakinləri salamlayan şəhər rəhbəri İlham İsmayılov ölkəmizin iqtisadi inkişafı sayəsində regionlarda, o cümlədən Mingəçevirdə davamlı olaraq tikinti-abadlıq işlərinin geniş vüsət almasını, əhalinin maddi rifah halının yüksəldiyini, yeni iş yerlərinin açıldığını, ölkə prezidenti İlham Əliyevin son vaxtlar minimum əmək haqlarının, əlilliyə və yaşa görə təqaüdlərin, məcburi köçkünlər üçün aylıq müavinətin artırılması ilə bağlı imzaladığı sərəncamların əhali tərəfindən böyük razılıq hissi ilə qarşılandığını vurğuladı.

   Sakinlər onları narahat edən problemlərdən: yaşadığı mənzilin qəzalı vəziyyətdə olması, qurumuş ağacların təhlükə yaratması,  ağacların suvarılması,   bəzi yerlərdə kanalizasiya xətlərinin nasazlığı, istilik sisteminin bərpa olunması, bəzi məhəllələrdə işıqlandırma xətlərinin olmamasından söz açdılar.

  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan hər bir problemin həlli istiqamətində tədbirlər görüləcəyini bildirərək, görüşdə iştirak edən idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər