Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı nümayəndələrini qəbul edib
01 may 2019 | 16:00
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Avropa Yenidənqurma və İnkişaf Bankının Bakıdakı daimi nümayəndəliyinin başçısı İvana Fernandes Duarte, Baş Bankir Sanjar Usmanov ,Bankirlər Sofiko Çikradze və Real Hacıyevi qəbul edib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Yenidənqurma İnkişaf Bankının prezidenti Suma Şakrabotini ilə müzakirə edilmiş “Yaşıl şəhər” təşəbbüsü proqramının imkanları və potensial əməkdaşlıq barədə söhbətlər aparılıb. Şəhər rəhbəri qonaqlara Mingəçevir şəhəri haqqında məlumat verib, qarşıda duran prespektiv planlardan söz açılıb.