Mingəçevirdə abadlıq-quruculuq işləri davam edir.
22 aprel 2019 | 16:00
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi qayğı sayəsində Mingəçevirdə davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir. Belə ki, məhəllələrdə ərazilər asfaltlanır, işıqlandırma sistemi çəkilir, bordürlər qoyulur, ağac tingləri əkilir, uşaqlar üçün əyləncə qurğuları quraşdırılır. Görülən bu işlər 127-ci məhəllədə də davam etdirilir və nümunəvi məhəlləyə çevrilir.