Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü aprelin 17-də 127-ci məhəllədə yerləşən 14 nömrəli tam orta məktəbin akt zalında keçirildi. Səyyar görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vəfadar Bağırov iştirak edirdi.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məhəllələrdə aparılan abadlıq-quruculuq işlərinin uğurla davam etdirilməsi, işsizlərin işlə təmin olunması barədə məlumat verdi. Bildirdi ki, səyyar görüşlər cənab prezidentin tapşırığına uyğun olaraq keçirilir və bu görüşlərin məqsədi də sakinlərin yeni təklif və arzularını dinləmək, onların istəyinə uyğun fəaliyyət proqramları həyata keçirməkdir.
Görüşdə iştirak edən sakinlər çıxış edərək, ölkə rəhbəri möhtərəm prezidentimiz İlham Əliyevin əhalinin maddi güzəranının yaxşılaşdırılması məqsədilə həyata keçirdiyi tədbirlərə görə minnətdarlıqlarını bildirdilər. Eyni zamanda mövcud problemlərə toxunaraq qarşılaşdıqları çətinliklərdən: məhəllədəki yaşayış binalarının istilik sisteminin olmaması, ərazidə işıqlanmanın çatışmazlığı, yaşıllıqların suvarılması üçün çətinliklərin mövcudluğu, kanalizasiya sistemlərinin normal işləməməsi, zibil qablarının səliqə ilə yerləşdirilməməsi və onların vaxtlı-vaxtında dezinfeksiya edilməməsi, binaların fasad hissələrinin əsaslı təmirə ehtiyac olduğunu, dəhlizlərin qaydaya salınmasını, giriş qapılarının qoyulması və ərazidə 2 uşaq bağçası körpələr evinin əsaslı təmirə ehtiyacı olduğu barədə çıxış etdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemlərin həlli istiqamətində tədbir görülməsi üçün görüşdə iştirak edən idarə, müəssisə, təşkilat rəhbərlərinə tapşırıqlar verdi.