Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Turizm Kollecində “Aprel zəfəri Azərbaycan tarixinin şanlı səhifəsidir” adlı tədbir keçirilib.

12 aprel 2019 | 16:00

Düşmən üzərində tarixi aprel zəfərinin növbəti ildönümü münasibətilə kollecdə “Aprel zəfəri Azərbaycan tarixinin şanlı səhifəsidir” adlı tədbir təşkil olunmuşdur. Öncə hərbi marşın sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı tədbir meydanına gətirilib və ardınca iştirakçılar tərəfindən Dövlət Himni canlı ifa olunub.
Daha sonra tədbir iştirakçılarına üz tutan kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov Azərbaycan Ordusunun   aprel döyüşləri və  bu savaşda Azərbaycan oğullarının göstərdiyi  qəhrəmanlıqdan  ətraflı söhbət açıb:
    Tədbirdə iştirak edən  şəhid döyüşçülərin doğmaları hər kəsi aprel şəhidləri kimi  döyüşə və qəhrəmanlıqa hazır olmağa dəvət edib. Çıxışlarda vətən sevgisi, qürur dolu duyğular xüsusi yer alıb  və  torpaqlarımızın tezliklə tamamən düşmən tapdağından azad olunacağına dərin inam hissləri ifadə olunub.
    Tədbirə yekun vuran  professor Əyyub Əyyubov aprel döyüşçüləri ilə bağlı  Mingəçevir Turizm Kollecində “Aprel  döyüşləri” muzeyi yaradılacağını, Mingəçevirli şəhid döyüşçülər haqqında sənədli kitab hazırlanacağını şəhid ailələri ilə tələbə gənclərin davamlı görüşləri keçiriləcəyini qeyd etdi.

Keçidlər