Mərkəzdə yubiley mərasimi
Ümummilli lider Heydər Əlievin anadan olmasının 90-cı ildönümü münasibəti ilə Mingəçevir şəhəri İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı ilə birgə “Müstəqilliyimizi əbədi,dönməz və sarsılmaz edən tarixi səxsiyyət”adlı elmi-nəzəri konfrans keçirilib. Tədbirdən öncə ictimaiyyətin nümayəndələri ulu öndərin heykəli önünə gül dəstələri düzüblər. Yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzinin foyesində təşkil olunmuş məktəblilərin əl işlərindən ibarət güşəyə və kitab sərgisinə baxış keçirilib.
Konfransda ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən və dahilik keyfiyyətlətindən söz açan Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, müstəqil Azərbaycanını uğurları Heydər Əliyevin adı ilə bağlıdır. Çünki onun siyasi kursu ölkəmizdə dinamik inkişafı, əmin-amanlığı təmin edib. Hakimiyyətdə olduğu illərdə ulu öndər Mingəçevirin də inkişafına xüsusi diqqət göstərib. Təkcə onu demək kifayətdir ki, görkəmli dövlət xadiminin iradəsi sayəsində energetiklər şəhərində Azərbaycan İstilik Elektirik Stansiyasının inşa olunması ölkəmizin energetika sistemində böyük dönüş yaradıb. Mingəçevirdə çoxsaylı sənaye müəsissələri, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, çoxmərtəbəli yaşayış binalarının tikilməsi də məhz Heydər Əliyevin çoxsaylı xidmətlərindədir. Konfransda çıxış edən digər natiqlər ulu öndərin siyasi kursunun uğurla davam etdirən Prezident İlham Əliyevin Mingəçevirin inkişafına xüsusi qayğısından minnətdarlıqla söz açıblar. Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov bildirib ki,ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanını qurucusu və milli dövlətçilik fəlsəfəsinin banisidir. Konfransda “Heydər Əliyev Azərbaycan iqtisadi inkişaf modelinin müəllifidir”,”Milli lider Heydər Əliyev Azərbaycan elminin hamisi, milli təhsil konsepsiyasının yaradıcısıdır”,”Ulu öndərin irsi Azərbaycan xalqının milli mənəvi xəzinəsi, milli ideologiyasının əsasıdır” mövzularında məruzələr oxunub.