Mingəçevirdə abadlıq-quruculuq işləri davam edir.
11 aprel 2019 | 16:00
Bu gün respublikamızın şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq işləri Mingəçevirdə da özünü qabarıq şəkildə büruzə verir. Prezident İlham Əliyevin imzaladığı Dövlət proqramlarından, Fərman və sərəncamlardan irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi şəhərin uğurlarını şərtləndirən əsas məqamlardır. Belə ki, Nəriman Nərimanov küçəsindəki 10, 12 və 14 saylı binaların qarşı tərəfinin və dəhlizlərinin divarları qaşınaraq üzlənmiş, müasir pəncərə çərçivələri qoyularaq şüşələnmiş, giriş hissəsinə dəmir qapılar qoyulmuşdur. Hazırda quruculuq işləri N.Nərimanov küçəsindəki 4, 6, 8 saylı və Xəzər küçəsindəki 6 saylı binalarda davam etdirilir.