Mingəçevirdə vətəndaşlara 3 min ağac tingi paylanılıb.
10 aprel 2019 | 16:00
“Bu yaz özün bir təbiət yarat” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan yaz ağacəkmə kampaniyası çərçivəsindəki aksiya aprelin 10-da Mingəçevirdə Müşfiq Mirzəyev adına Dostluq parkında həyata keçirildi. Ağac əkilməsinin təşfiqi kampaniyasında vətəndaşlara 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları 3000-dən artıq müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri payladı. Vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair tövsiyyələr də verilmişdir.