Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində dünyasını dəyişən şəhidlərimizin ailə üzvləri ziyarət edilib.

05 aprel 2019 | 16:00

Mingəçevir Gənclər Evinin əməkdaş və könüllüləri Aprel döyüşlərində dünyasını dəyişən şəhidlərimiz - Rahim Tağıyev, Rüstəm Əhmədov, Adil Adilzadə və Teymur Qasımovun ailə üzvlərini ziyarət edib. Gənclərə qonaqpərvərliklə evlərinin qapılarını açan ailələr səmimi söhbətləri, göstərmiş olduqları diqqət üçün minnətdarlıqlarını bildirib. Müəssisənin direktoru Tural Kərimov Vətən və xalqı yolunda  canından keçən şəhidlərimizin adlarını tarixə yazaraq ölümsüzləşdiyini, hər zaman hörmət və ehtiram hissi ilə qəlbimizdə yaşayacaqlarını qeyd edib. Gənclər şəhidlərimizin xatirəsini əks etdirən guşələrdə şəxsi əşyalar və fotolarla tanış olub.

 

 

Keçidlər