Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası vətəndaşlarının sayı 10 milyona çatdı.

07 aprel 2019 | 16:00

Azərbaycan Respublikası vətəndaşlarının sayı 10 milyona çatdı. Bakıda dünyaya göz açan 10 milyonuncu körpənin şərəfinə bir sıra tədbirlər həyata keçirildi. Ölkə rəhbəri möhtərəm prezidentimiz İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva körpənin valideynlərini təbrik etdilər.
   Bu münasibətlə şəhərimizdə də ağacəkmə kompaniyası və musiqili-ədəbi verilişlər təşkil edilmişdir. İməcilikdə yüzlərlə mingəçevirli şəhərin Heydər Əliyev, Müslüm Maqomayev prospektlərində, Nəriman Nərimanov, Xətai, Təbriz və Naxçıvan küçələrində 500-ə qədər yeni ağac tingləri əkmişlər. Eyni zamanda ağacların suvarılması və diblərinin bellənməsi tədbirləri həyata keçirilmişdir. Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 

    Həmin gün şəhərin sahil parkında 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə geniş konsert və idman proqramları, gənclər tərəfindən flaşmoblar təşkil olunmuşdur. Tədbirdə şəhərin incəsənət ustaları, Uşaq Gənclər İdman Məktəbinin yetirmələri öz məharətlərini nümayiş etdirmişlər.

    Axşam saatlarında on milyonuncu sakinin şərəfinə bayram atəşfəşanlığı olmuşdur.

Keçidlər