Şriftin ölçüsü :

Saytın rəngi :

Qarslı qonaqlar Mingəçevirdə

28 aprel 2013 | 15:00

27 aprel 2013-cü il tarixdə Türkiyə Respublikasının Qars şəhər Bələdiyyəsinin rəhbəri Növzad Bozkuşun başçılıq etdiyi 15 nəfərdən ibarət nümayəndə heyətinin Mingəçevir şəhərinə 3 günlük rəsmi səfəri başlamışdır. Onlar əvvəlcə şəhər bələdiyyəsi ilə tanış olduqdan sonra Mingəçeviri gəzərək yaxından tanış olublar.  Daha sonra qonaqları Icra Hakimiyyətində şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov qəbul edib. Səmimi görüşdən sonra  qonaqlar icra başçısına Mingəçevirdən və mingəçevirlilərin qonaqpərvərliyindən razılıq hissi bildirdilər.
Tədbirin sonunda qonaqlar öz hədiyyələrini  icra başçısına təqdim etdilər. Şəhər İcra Hakimiyyəti və bələdiyyə tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edildi.

Keçidlər