Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gənc könüllülərlə görüş keçirdi.

03 aprel 2019 | 16:00

Aprelin 3-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Könüllülük fəaliyyəti haqqında”  Azərbaycan Respublikasının qanununa müvafiq olaraq şəhər İcra Hakimiyyətinin müşavirə zalında gənc könüllülərlə görüş keçirdi.
    Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov könüllülük proqramına aydınlıq gətirərək qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə “Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədlə Mingəçevir şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi ilə əlaqələndirilməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayır.
   Şəhər İcra Hakimiyyətinin başçısı könüllülük fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət olduğunu, Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən könüllü kimi işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəyəni qeyd etdi.

    Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov könüllü fəaliyyətə başlayan gəncləri təbrik etdi və onları maraqlandıran suallara aydınlıq gətirdi.

Keçidlər