Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Xətai küçəsindəki 2, 4 və Nəriman Nərimanov küçəsindəki 44 saylı binaların sakinləri ilə səyyari görüş keçirdi.
Görüşdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək səyyar görüşlərin ölkə prezidenti İlham Əliyevin ən mühüm tapşırıqlarından biri olduğunu və bu görüşlərin davamlı olacağını qeyd etdi. Şəhər rəhbəri belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, şəhər sakinlərinin mövcud problemlərin həll edilməsi məqsədi ilə nəzərə çatdırdıqları məsələlərin artıq mərhələ-mərhələ öz həllini tapmaqda olduğunu bildirdi. Son vaxtlar əhalinin maddi rifah halının yüksəldilməsi üçün dövlət başçısının imzaladığı Sərəncamlarla minimum pensiya və əmək haqlarının, əlilliyə görə verilən təqaüdlərin və s. artırılması, banklardan alınan kreditlərin ödənilməsi ilə bağlı edilən güzəştlər möhtərəm prezidentin insanların həyat şəraitinin yüksəldilməsi yönümündə həyata keçirdiyi tədbirlərin davamlı olduğunu sübut edir.
Səyyar görüşdə məhəllə sakinlərindən Ənvər Nəsibov, Sahib Məmmədov, Zəfər İbrahimov, Nurlan Əhmədov, Nahid Məmmədov, Rəşad Daşdıyev ağacların suvarılması, mənzillərin istilik sistemi ilə təmin edilməsi, qurumuş ağacların kəsilməsi, binaların giriş qapılarının, pilləkanların və blokda olan pəncərələrin təmirə ehtiyac olduğu, məhəllələrin və həyətlərin işıqlandırılması, yaşayış evlərinin qarşısındakı istirahət guşələrinin uşaqların əylənməsi üçün qurğularla təmin edilməsi kimi məsələrlə çıxış etdilər.
Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov problemlərin həlli üçün idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verdi.