Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart Azərbaycanlıların soyqırımı günü münasibətilə tədbir keçirildi.

29 mart 2019 | 16:00

31 Mart Azərbaycanlıların soyqırımı günü münasibətilə şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı birgə tədbir keçirdi. Tədbir başlamazdan əvvəl Şəhidlər xiyabanındakı soyqırım abidəsi önünə şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri gül dəstələri qoydular.

YAP şəhər təşkilatının akt zalında keçirilən tədbiri şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar çıxış etdi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı. Qeyd olundu ki, Son iki əsrdə Qafqazda Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti   nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Belə qeyri-insani siyasət nəticəsində Azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza qarşı minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 101 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır.
    Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini aşkar bəyan etmək məqsədilə ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il «Azərbaycanlıların soyqırımı haqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilmişdir. Bu tarixi fərmandan sonra respublikamızda 31 mart hər il Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir.
Bir daha soyqırım qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət və tərəqqi arzulayıram.
    Mərasimdə 10 №-li məktəbin tarix müəllimi Yeganə Bədəlova, 3 №-li məktəbin tarix müəllimi Hilal Qarayev, 11 №-li məktəbin tarix müəllimi Nurəddin Həsənov, MDU Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar çıxış etdilər.

 

Keçidlər