Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Orqanlarının 100 illiyinə həsr edilmiş tədbir keçirildi.
Martın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Orqanlarının 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir başlamazdan əvvəl Heydər Əliyev mərkəzinin önündə ucaldılmış ulu öndərin abidəsi önünə gül dəstələri qoyuldu. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Dövlət Təhlükəsizlik Xidməti şəhər şöbəsinin, eləcə də hüquq mühafizə orqanları rəhbərlərinin iştirak etdiyi gül qoyma mərasimindən sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında tədbir baş tutdu. Tədbir iştiakçılarına Dövlət Təhlükəsizliyi Orqanlarının fəaliyyəti ilə bağlı film nümayiş olundu. Şəhər ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi tədbiri şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik orqanlarının yaranması və keçdiyi yol barədə çıxış etdi. Sonra Dövlət Təhlükəsizlik Xidməti Mingəçevir şəhər şöbəsinin rəisi İlham Məlikov, Dövlət Təhlükəsizlik xidmətinin veteranı Natiq Əfəndiyev və YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış etdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirin işinə yekun vuraraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Orqanlarının işçilərini və veteranlarını, eləcə də DTX-nin şəhər şöbəsinin əməkdaşlarını əlamətdar yubiley münasibətilə təbrik etdi. Bir qrup şəhər şöbəsi əməkdaşına şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyələri verildi.