Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi

18 mart 2019 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü martın 18-də  N.Nərimanov küçəsindəki 44 saylı  yaşayış binasının yerləşdiyi ərazidə baş tutdu.
    Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri əvvəl "Novruz" bayramı münasibəti ilə təbrik etdi, sonra,  ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığına müvafiq olaraq əhali ilə görüşlərin şəhərin hər yerində davam edəcəyini və  insanların həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə cənab prezidentin həyata keçirdiyi tədbirləri və sərəncamları diqqətə çatdırdı.
    Görüşdə sakinlərdən Zəranə Abdullayeva, Kəmalə Əliyeva, Şəfa Tağıyeva, Gülmira Ağayeva, Rasim Məmmədov, Nəsif Vəliyev və başqaları çıxış edərək onları narahat edən məsələləri:   istilik sisteminin bərpa olunmasını, mənzilin tüstü bacasının təmizlənməsini, yaşadığı küçənin işıqlandırılmasını, binanın kanalizasiya xəttinin təmizlənməsini, şəhər ərazisində ağacların suvarılmasını, binanın girişlərinin təmir olunmasını,binanın zirzəmisinin dezinfeksiya olunmasını xahiş etdilər.
  Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşdə iştirak edən idarə, müəssisə, təşkilat rəhbərlərinə bir daha məsələlərin həllinə diqqəti artırmağı tapşırdı və  sakinlərin qaldırdıqları məsələlərin tezliklə mərhələ-mərhələ həll olunacağını bildirdi.

Keçidlər