Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhərində "Novruz" bayramı təntənəli qeyd olundu

19 mart 2019 | 16:00

Hər il olduğu kimi bu il də mingəçevirlilərin ümumşəhər şənliyi Səməd Vurğun adına meydanda baş tutdu. Hər tərəfi al-əlvan plakat və pannolarla, yaşıl səməni, Novruzun digər şirniyyat atributları ilə bəzədilmiş meydan bayramı hərəkətə gətirən iştirakçıların ixtiyarına verilmişdi. İdmançıların, xüsusən də pəhləvanların öz qabiliyyətlərini nümayiş etdirməsi üçün döşəklər düzülmüşdü. Tonqal ətrafına meydan boyu məktəblilər cəmləşmişdi. Mədəniyyət işçiləri, müğənnilər, musiqiçilər insanların zövqünü oxşamaq üçün öz məharətlərini nümayiş etdirirdilər. Bir sözlə, martın 19-də baş tutan Novruz şənliyində böyükdən kiçiyə qədər minlərlə insan iştirak edərək deyib gülürdü.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Dədə Qorqudla birgə bayram tonqalını yandırdıqdan sonra məktəblilərin əl işlərindən ibarət sərgilərlə tanış olaraq onları təbrik edir, xatirə şəkilləri çəkdirir. Hər kəsin xatirində qalan anlar yaşanır. Mahnılar, şən musiqilər bir-birini əvəz etdikcə şənlik iştirakçılarında yüksək əhval-ruhiyyə yaranır. Günləriniz həmişə belə təravətli, şən keçsin, əziz, mingəçevirlilər!

 

Keçidlər