Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdəki “N” saylı hərbi hissədə açıq qapı günü qeyd olundu.

17 mart 2019 | 16:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrinə əsasən Milli ordumuzun bütün hərbi hissələrində açıq qapı günü keçirilmişdir. Martın 17-də Mingəçevirdəki “N” saylı hərbi hissədə də açıq qapı günü bayram əhval-ruhiyyəsi ilə qeyd olundu. Novruz bayramına həsr olunmuş tədbirdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri ilə birlikdə Şəhid ailələri, Qarabağ Müharibəsi əlilləri, Müharibə və Əmək Veteranları, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Bayram tədbirini hərbi hissənin komandiri polkovnik-leytenant Cərulla Ağayev açaraq tədbirə toplaşmış nümayəndələri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi. Şəhər İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Mahir Əliyev, Qarabağ Müharibəsi Əlili Əbülfət Babayev, Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri İranə Həsənova çıxış edərək hərbi xidmətdə olan əsgərlərə və onların valideynlərinə bayram təbriklərini çatdırdılar.
    Sonda əsgərlərə Novruz xonçaları təqdim olundu.

 

 

 

 

Keçidlər