8 Mart - Beynəlxalq Qadınlar Günü Mingəçevirdə də qeyd edildi
8 Mart - Beynəlxalq Qadınlar Günü münadibəti ilə Mungəçevir şəhər Heydər Əleyev Mərkəzində bayram tədbiri keçirimişdir. Şəhərdə fəaliyyət göstərən ayrı -ayrı təşkilatlarıi təmsil edən fəal qadınların iştirak etdiyi tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək qadınlara təbriklərini və xoş arzularını çatdırmışdır. Tədbirdə Ulu öndər Heydər Əliyevin qadınlara göstərdiyii diqqət və qayğıdan söz açılıb, dövlət qadın siyasətinin ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Daha sonra Azərbaycanın birinci vitse prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs olunub. Tədbir zamanı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə və səmərəli fəaliyyətinə görə bir qrup qadınlara şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı verilib. Tədbirdə şəhərin musiqiçilərinin təqdim etdikləri konsert alqışlarla qarşılanıb.