Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi

07 mart 2019 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü martın 6-da Sağ Sahil qəsəbəsinin Təbriz küçəsindəki 3,5,7 saylı təxminən 800 nəfəri əhatə edən yaşayış binalarının yerləşdiyi, şəhərin nümunəvi məhəllələrindən sayılan ərazidə baş tutdu.
    Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığına müvafiq olaraq əhali ilə görüşlərin şəhərin hər yerində davam edəcəyini və  insanların həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə cənab prezidentin həyata keçirdiyi tədbirləri və sərəncamları diqqətə çatdırdı.
    Görüşdə sakinlərdən Vaqif Məmmədzadə, Nigar Qasımova, Əziz Fevralov, Məmməd Məmmədov, Sevda Əhmədova, Gülsurə Əzizova, Şərafət Əfəndiyeva, Arif Mustafayev və başqaları çıxış edərək onları narahat edən məsələləri: övladlarının işlə təmin olunmasını,  istilik sisteminin bərpa olunmasını, məhəllədə işıqlandırmaya ehtiyac olmasını, qəbristanlıq yolunun qaydaya salınmasını, binaların zirzəmisindəki antisanitariya vəziyyətinin nizamlanmasını, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılmasını, ağacların vaxtlı-vaxtında suvarılması üçün su xətlərinin çəkilməsini və yaşayışçıların arzusunu nəzərə alaraq məhəlləyə yaxın ərazidə bankomatların qoyulmasını xahiş etdilər.
  Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşdə iştirak edən idarə, müəssisə, təşkilat rəhbərlərinə bir daha məsələlərin həllinə diqqəti artırmağı tapşırdı və  sakinlərin qaldırdıqları məsələlərin tezliklə mərhələ-mərhələ həll olunacağını bildirdi.

 

 

 

 

Keçidlər