Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının “Mingəçevir şəhərinin 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr” barədə hesabatına həsr edilmiş iclas keçirildi.

28 fevral 2019 | 16:00

Fevralın 28-də Mingəçevir Dövlət Universitetinin akt zalında “Mingəçevir şəhərinin 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə  qarşıda duran vəzifələr” barədə hesabatına həsr edilmiş Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu ilin yanvar ayının 11-də cənab prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin 29 yanvar tarixində keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkədə bütün sahələrdə aparılan işlərin müzakirə edildiyini, ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini və qarşıda duran vəzifələrdən danışıldığını bildirdi. Sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Mingəçevir şəhərinin 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə  qarşıda duran vəzifələr” barədə hesabatla çıxış etdi. 
   Şuranın geniş iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov və Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuq Komitəsinin sədri Əli Hüseynli  iştirak edirdilər.
Məruzə ətrafında Maliyyə İdarəsinin rəisi Samir Məmmədov, Əhalinin Sosial Müdafiəsi Fondunun şəhər şöbəsinin direktoru Emil İsmayılov, “Az.İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Mingəçevir  Bələdiyyəsinin  sədri Coşqun Abdullayev, Təhsil şöbəsinin müdiri Sahib Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov çıxış etdilər.
    Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli çıxışlarda və müraciətlərdə qaldırılan bir sıra məsələlərə aydınlıq gətirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli sərəncamları ilə insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilən tədbirlərdən bəhs etdi. Şəhərin gələcək inkişafında və yüksəlişində əməli işi ilə dəstək duracağını bildirdi.
    Azərbaycan  Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən tədbirləri qeyd edərək ötən ilin respublikamız üçün uğurlu illərdən biri olduğunu və Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının, burada həyata keçirilən məqsədyönlü işlərin, şəhər sakinlərinin yaxından dəstəyi ilə Mingəçevirin daha da inkişaf tapacağını və öz gözəlliyini qoruyub saxlayacağına əmin olduğunu bildirdi.
    Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iclasın işinə yekun vuraraq 2018-ci ildə görülən işlər və 2019-cu ildə qarşıda duran vəzifələr haqqında danışdı. O, görülən işlərlə yanaşı hələ də həllini gözləyən problemlərin olduğunu bildirdi və müvafiq təşkilatların rəhbərlərinə qısa müddətdə qeyd edilən nöqsanların aradan qaldırmaları üçün tədbirlər görülməsini və rəhbərlik etdikləri sahələrə nəzarəti gücləndirmələri barədə tapşırıqlar verdi.

 

 

Keçidlər