Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi

27 fevral 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü 9 nömrəli orta məktəbin akt zalında oldu. Sabir küçəsindəki 1, 3, 6, Şəhriyar küçəsindəki 3, 4, A.Məmmədov küçəsindəki 16, 20 Yanvar küçəsindəki 13 saylı binaların sakinlərini salamlayan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə səyyar görüşlərin keçirilməsinin artıq ənənəyə çevrildiyini bildirdi. Qeyd etdi ki, ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar öz bəhrəsini göstərməkdədir. Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində reallaşan layihələr bütün bölgələrimizi gözəlləşdirmişdir.
    Arzu Səmədova, Sədi Səfiyev, Şahin Qurbanov, Qənifə Ağalarova, Nuriyə Manafova, Şura Əhmədova və Aytəkin İbrahimova çıxış edərək qarşılaşdıqları problem və çətinliklərdən: sosial müavinətin alınmasında yaranmış problem, su problemi səbəbindən ağacların sulanmaması, binanın zirzəmisinin su ilə dolu olması, mövcud rütubət və nəmlikdən, ağcaqanadların çoxluğundan, blokların təmirə ehtiyacı olduğu, mənzillərə istiliyin çəkilməsi, qazanxanaların təmir edilməsi, binaların qarşısındakı xeyir şər mağarlarındakı problemlərdən söz açdılar. 
    Şəhər rəhbəri qaldırılan hər bir problemin həlli ilə bağlı  idarə və müəssisə rəhbərlərinə tapşırıqlarını verdi və sakinləri əmin etdi ki, bütün istəkləri nəzərə alınacaqdır.

 

 

 

 

 

Keçidlər