Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevirdə məskunlaşmış Xocalıdan olan şəhid ailələri ilə görüş keçirmişdir.

25 fevral 2019 | 16:00

     Fevralın 25-də Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Mingəçevirdə məskunlaşmış Xocalıdan olan şəhid ailələri ilə görüşü olmuşdur. Görüşü giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin baçısı İlham İsmayılov qeyd etmişdir ki, Xalqımızın qan yaddaşına ən ağır faciə kimi yazılan Xocalı soyqırımından artıq 27 il keçir. Bu faciəyə görə bütün xocalılara  başsağlığı verir və Xocalıda şəhid olmuş insanların, habelə bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin.
     İ.İsmayılov əlavə etdi ki, Xocalı soyqrımının 27-ci ildönümü bütün dünyada qeyd olunur. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı faciəsi zamanı şəhid olanların xatirəsini həmişə uca tutur, onların arzu və istəklərinin gerçəkləşməsi naminə var qüvvəsini sərf edir. Dağlıq Qarabağ probleminin həlli istiqamətində dünyanın müxtəlif beynəlxalq təşkilatları ilə danışıqlar aparır, xalqımızın düçar olduğu bu bəlanın sülh yolu ilə həllinə çalışır. 
     Görüşdə Mingəçevirdə məskunlaşmış Xocalı nümayəndələrindən Xocalı rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Göyüş Həsənov, Xocalı sakinlərindən Baloğlan Allahyarov, Səfər Səfərov, Zahir Usubov, Süleyman Orucov, şəhər ictimaiyyəti nümayəndələrindən Qarabağ əlili Nizami Təhməzov, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Turizm kollecinin direktoru Əyyub Əyyubov çıxış edərək Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fikirlərini bölüşdülər. Faciə ilə əlaqədar təəssüratlarını bildirdilər.
     Görüşə yekun vuran şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, Xocalı faciəsinin ildönümü ilə əlaqədar bütün dünyada tədbirlər təşkil edilir, Xocalı qurbanlarının xatirəsi anılır. Mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşilikləri barədə məlumatlar dünya ölkələrinə çatdırılır. Heydər Əliyev Fondunun rəhbərliyi ilə ayrı-ayrı ölkələrdə Xocalı faciəsi ilə bağlı tədbirlər görülür. Atıq dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanınması barədə qətnamələr qəbul edilmişdir.
     Sonda şəhid ailəsindən olan Xocalılara şəhər İcra Hakimiyyətinin təşkil etdiyi ərzaq bağlamaları verilib.

 

 

 

 

Keçidlər