Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Mingəçevirə səfər edib

25 aprel 2013 | 15:00

Xəbər verildiyi kimi Ombudsman Elmira Süleymanova  ölkə Prezidenti cənab İlham Əliyevin  27 dekabr 2011-ci il tarixli  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında  insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın(MFP) icrası,təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədi ilə respublikamızın  hər bir şəhər və rayonunda ictimai dinləmələr keçir. Aprelin 24-də bu tədbir Mingəçevir şəhərində də  keçirilmişdi.

İctimai dinləmələrdə Millət Məclisin deputatı Aydın Mirzəzadə, şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, bələdiyyənin, məhkəmənin, prokurorluq və daxili işlər orqanlarının, dairə seçki komisiyasının, qeydiyyat və nikah evinin, habelə  yerli ictimayyətin,QHT-lərin və KİV-lərin nümayəndələri, çoxsaylı ağsaqqallar,qadınlar və gənclər iştirak edib.
Niyai Bayramov Ombudsmanı salamlayaraq bu ictimai dinləmələrin əhəmiyyətini qeyd edib. Ölkə Prezidentinin dəstək və qayğısı nəticəsində regionların sosial-iqtisadi  inkişafı Dövlət Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Mingəçevir şəhərində sosia-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirib.
Daha sonra Ombudsman “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini  artırmaq  sahəsində MFP nın icrası  vəziyyəti  və qarşıda duran vəzifələr “mövzusunda məruzə edib. O, bəzi problem və çətinlikləri də qeyd edib. Ombudsman problemlərin və çətinliklərin aradan qaldırılmasında səylərin birləşdirilməsini, dövlət orqanlarının, icmaların, QHT-lərin, ictimayyətin birgə fəaliyyətinin, təhsilin keyfiyyətinin diqqətdə saxlanılmasının, uşaqlarda biliklərə və insan hüquqlarına maraq oyatmağın, sərxoşluqla və narkomaniyada mübarizənin, pulsuz hüquq məsləhətxanalarının açılmasının  zəruriliyini vurğulayıb.

Keçidlər