Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.

20 fevral 2019 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyari görüşü Energetiklər qəsəbəsindəki 8 nömrəli məktəbin akt zalında təşkil olunmuşdu. Buraya Cəmil Əliyev küçəsindəki 3,7,9,9a,13a nömrəli yaşayış binalarının sakinləri ilə yanaşı ətraf binalarda yaşayan sakinlər də gəlmişdilər.
    Görüşə sakinləri salamlamaqla başlayan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm tədbirlərdən və eləcə də şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən bəhs edərək bildirdi ki, əvvəlki görüşlərdə sakinlərin qaldırdıqları bir sıra problemlər artıq öz həllini tapmaqdadır.
Görüşdə iştirak edən sakinlərdən Cəfər Sadıqov, Həsən Baxışov, Aynurə Yahyayeva, Əmrah Əmirov, Şahin Çələbiyev, Səadət Məmmədova, Tabet Əzizov və başqaları çıxış edərək onları narahat edən: qəsəbədə istilik sisteminin olmaması, binaların zirzəmilərində antisanitariya vəziyyətinin mövcudluğu, işıqlandırma dirəklərinin məhəllələrdə qoyulması, magistral yolun bəzi yerlərində  avtobus dayanacaqlarının olmaması, mehmanxana binasında yaşayan məcburi köçkünlərin yaşayış şəraitlərinin pis olması və bu baxımdan onların yeni mənzillərlə təmin olunmasına dəstək durulması kimi məsələlərə toxundular.
    Sakinlərin qaldırdıqları bütün məsələlərə aydınlıq gətirən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə, eləcə də qəsəbədə fəaliyyət göstərən İcra Hakimiyyəti başçısının 2 saylı SİƏD üzrə nümayəndəliyinə bir sıra konkret tapşırıqlar verdi. Əminliklə bildirdi ki, bütün mövcud çətinliklərə baxmayaraq şəhərdə abadlıq-quruculuq işləri sürətlə davam edəcək, sakinlərin məmnunluğunu qaydaya salmaq üçün müvafiq tədbirlər görüləcək.

 

 

 

 

Keçidlər