Yeni Azərbaycan Partiyası şəhər təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirildi.
Yeni Azərbaycan Partiyası şəhər təşkilatının yaranmasının 26-cı ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Tədbirdən əvvəl şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və YAP fəalları ulu öndərin Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış abidəsi önünə gül dəstələri qoymuşlar. Fevralın 13-də keçirilən tədbir Heydər Əliyev Mərkəzinin foesində çay süfrəsi ətrafında təşkil edilmişdi. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov iştirakçıları və onların timsalında bütün YAP fəallarını əlamətdar hadisə münasibətilə təbrik edərək xoş arzularını bildirmişlər.
Tədbirdə bir qrup gəncə YAP üzvlüyünə vəsiqələr təqdim olundu.