Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti səyyari görüş keçirdi.

13 fevral 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 3 saylı Mənzil İstismar Sahəsinin qarşısındakı meydançada növbəti səyyari görüş keçirdi.  Görüşü giriş sözüylə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov belə görüşlərin ölkə rəhbərinin tapşırığı ilə keçirildiyini və hamı üçün faydalı olduğunu diqqətə çatdırmaqla, şəhərimizin hər tərəfində abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını da vurğuladı. Sonra isə o, bu dəfəki görüşdə də bu məhəllədə yaşayan insanların üzləşdikləri problemləri nəzərə çatdıracaq şəxsləri dinləməyə hazır olduğunu və insanların rahat yaşamaları naminə şəhərimizdə görülən quruculuq işlərinin davamlı olacağını bir daha diqqətə çatdırdı.
    Məhəllə sakinlərindən Qafur Əhmədov, Kəmalə Əhmədova, Ağagül Əliyev, Ziyafət Nuriyeva, Fərrux Əhmədov, Sahib Qasımov, Zahid Abdullayev və başqaları çıxış edərək bu məhəllədəki şəhid bulağına içməli su verilməsi, mənzillərdə istilik sisteminin bərpa olunması, binaların həyətindəki qurumaqda olan ağacların kəsilib yenilərinin əkilməsi, binaların zirzəmilərindəki çirkab suların təmizlənməsi, bəzi evlərin dam örtüyünün dəyişdirilməsi, məhəllənin işıqlandırılması, kanalizasiya quyularında sıradan çıxmış qapaqların yeniləri ilə əvəzlənməsini deyərək, xeyir-şər mağarlarında da təmir işlərinin görülməsinin vacibliyini qeyd etdilər.
       Sonda şəhər rəhbəri İlham İsmayılov ayrı-ayrı məsul şəxslərə tapşırıqlar verib, görüləcək işlərin əhalinin daha rahat şəkildə yaşamasına xidmət edəcəyini bir daha əminlik hissiylə deyərək, səyyar görüşü yekunlaşdırdı.

 

 

 

Keçidlər