Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından 7 il keçir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından 7 il keçir. Bu münasibətlə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin abidəsi önünə gül qoyaraq ehtiramlarını bildirmişlər. Sonra Mərkəzdə Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olmuşlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi Şirvan Xasıyev Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin sərəncamını oxumuşdur. Həmin sərəncamla 20 nömrəli orta məktəbin direktoru Tünzalə Məmmədova və hərbi rəhbəri Əli Abbasov gənclərin çağırışadək hazırlıq fənninin tədrisinə görə Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edilmişlər. Şəhər şöbəsinin bir qrup əməkdaşı Fəxri Fərman və pul mükafatına layiq görülmüşlər.